«Sumqayıt» rəhbərliyinin «Kapital Arena» ilə bağlı yeni qərar qəbul etməsindən xəbərdarsız.
Buna əsasən, stadionun adı satışa çıxarılıb.
Səbəb «Kapital Bank»ın klubla əməkdaşlığı dayandırmasıdır. 10 ilə yaxın müddəti əhaətə edən portnyorluq artıq bitib.
Adıçəkilən bankla işbirliyinin uzadılması yönündə aparılan danışıqlar nəticə vermədiyindən, «kimyaçılar» üzünü digər potensial tərəfdaşlara çevirib.
Artıq o tərəfdaş tapılıb. Sözügedən məkan bundan sonra «SOCAR Polemir Arena» adlanacaq.
Neft şirkətinin nəzdində fəaliyyət göstərən zavodla bununla əlaqədar rəsmi müqavilə imzalanıb.
SPORTİNFO.AZ