COP29

Azərbaycan klubu yeni müqavilə təklifi ilə razılaşmayan əcnəbini yola saldı - RƏSMİ XƏBƏR

17:20 Sumqayıt 387
Azərbaycan klubu yeni müqavilə təklifi ilə razılaşmayan əcnəbini yola saldı - RƏSMİ XƏBƏR

"Sumqayıt" Jordan Rezabala ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.

"Sumqayıt" Rezabalaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

24 yaşlı ekvadorlu futbolçu ötən ilin fevralından "Sumqayıt"da oynayırdı.

"Sumqayıt" cari transfer pəncərəsində bunadək Fernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski və Nikola Vuynoviçlə də yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti