COP29

“Heç kim bunun əksini mənə sübut edə bilməz”

2 Fevral 23:45 Sumqayıt 119
“Heç kim bunun əksini mənə sübut edə bilməz”

“Çempionatımızda hər komanda istənilən rəqibdən xal ala bilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xacayev deyib.

O, ”sonuncu pillədə gedən "Səbail"ə uduzub, iddialı "Sabah" və ”Araz-Naxçıvan”dan xal almağın açması nədir” sualına cavabında bunları söyləyib:

”Premyer Liqada zəif komanda yoxdur. Heç kim bunun əksini mənə sübut edə bilməz.

Rəqabət çox güclüdür. Son turların nəticələrində də bunu aydın görürük.

İstər liderlər, istərsə də autsayderlər qrupunda olan komandaların hərəsiylə oynamağın bir çətinliyi var. Əvvəldən-axıra kimi mübarizə aparmasan və qol vəziyyətləri yaratmasan, qalib gələ bilməzsən.

Biz də hər oyuna qalibiyyət üçün çıxırıq. Amma bu, heç də həmişə alınmır.

Yenə də düşünürəm ki, oyunumuz və nəticələrimiz qənaətbəxşdir”.

Digər Xəbərlər
Xəbər Lenti