COP29

"Neftçi"nin qərarı bilindi - Türkiyə yığmasının forvardı bura gətirilirmi?

10:40 Sumqayıt 912
"Neftçi"nin qərarı bilindi - Türkiyə yığmasının forvardı bura gətirilirmi?

"Beşiktaş"In hücumçusu Mustafa Hekimoğlu karyerasını Azərbaycanda davam etdirməyəcək.

Türkiyədi futbolçunun xidmətində maraqlı olan klub kimi "Neftçi" göstərilsə də, bu, transfer gerçəkləşməyəcək.

Hər halda Türkiyə mətbuatının yaydığı məlumat "ağ-qaralar"ın rəsmiləri tərəfindən təsdiq olunmayıb.

Paytaxt təmsilçisindən redaksiyamıza daxil olan informasiyaya görə, sözügedən forvard Samir Abasovun maraq darəsində yer almayıb, odur ki, onunla indiyədək heç bir təmas qurulmayıb.

Halbuki yerli medianın iddiasına görə, bakılılar 17 yaşlı gənci icarəyə götürmək istəyir. Onların yazdığına görə, "Neftçi" hücumçunu daim əsas heyətdə oynatmaq zəmanəti ilə 1,5 illik heyətinə qatmağa çalışır.

Mustafa Hekimoğlu "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Onun İstanbul klubu ilə müqaviləsi 2017-ci ilin yayına kimidir.

SPORTİNFO.AZ

Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”