COP29

Premyer Liqadakı nadir hadisənin baş qəhrəmanı: "Bu, nəvaxtsa baş verməli idi"

30 Yanvar 22:20 Sumqayıt 330
Premyer Liqadakı nadir hadisənin baş qəhrəmanı: "Bu, nəvaxtsa baş verməli idi"

Murad Xaçayevsiz "Sumqayıt" da görə bilərmişik.

Bu, Premyer Liqanın 20-ci turunun "Sabah"la matçına təsadüf edib.

26 yaşlı müdafiəçi sarı vərəqə limitini doldurması səbəbindən qolsuz bərabərliklə bitən görüşü tribunadan izləməli olub.

Nə az, nə çox 65 qarşılaşmadan sonra bu hal yaşanıb.

Stabil çıxışı ilə seçilən arxa xətt oyunçusunun uğurlu seriyası 2022/23 mövsümünün 27-ci turunda başlamışdı.

Və üçüncü mövsüm idi davam edirdi. O, ara vermədən ardıcıl 65 matçda meydanda olub.

Xaçayev Sportinfo.az-a açıqlamasında uzunmüddətli seriyanın sirrini belə şərh edib:

"Nə vaxtsa baş verməli idi (gülür). Allaha şükür olsun ki, bu müddətdə heç vaxt zədə almadım, cəzalı duruma düşmədim.

Və baş məşqçilərin mənə olan inamını xüsusi qeyd etməliyəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 10:00 “Qalatasaray”dan getdi