COP29

Təcili 1 nəfər tapmasa, onun işi Tanrıya qalacaq

27 Yanvar 16:00 Sumqayıt 1 083
Təcili 1 nəfər tapmasa, onun işi Tanrıya qalacaq

Vaqif Cavadov baş məşqçi postuna təsdiqlənəndən sonra ilk xalını Masazırda qazandı.

«Sabah»ın önünə 4-5-1 taktiki sxemi ilə çıxmış «Sumqayıt»ın qapısını toxunulmaz saxlaması bir tərəfdən Cavadovu sevindirməlidir.

O biri yandan isə bəzi suallar hələ açıq qalmaqdadır, cavabını tapacağı günü gözləməkdədir.

Jesse Sekidikanın iki epizodda dirəkdən dönən zərbəsindən biri qol olsaydı, «Sumqayıt» çətin ki, buna tutarlı reaksiya verərdi.

Qonaqlar Masazıra, sadəcə, 1 xal üçün gəlmişdilər. Bundan artığına nə inanır, nə də ümid edirdilər.

4-5-1-in icrasının səviyyəsi də aşağı idi. «Sumqayıt» orta sahədə çoxluq yaratmağa çətinlik çəkdi, müdafiəyə çox çəkildi.

Meydanın dərinliyinə yığışmış «Sumqayıt»lıların iş-gücü yalnız rəqibin ayağında dolaşan topu təqib etməkdən, onu təhlükəli zonadan uzaqlaşdırmaqdan ibarət oldu.

Hələ qış transfer pəncərəsi açıqdır. Nə qədər ki bu pəncərə bağlanmayıb, Vaqif Cavadav yarımmüdafiə xəttinə hücumameylli legioner aldırmalıdır.

Cordan Rezabalanın yoxluğunda mütləq surətdə bu tipdə biri lazımdır. Əlimyandıda tapmalıdır onu.

Haradan və hansı qiymətə olur olsun.

Kreativliyi olan, topla sürətlə hərəkət edən, rəqibi keçə bilən, boş zonaya açılmağı bacaran yeni bir ad tapmasa, onun işi Tanrıya qalacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 02:50 "Neftçi"də buna nail oldu