COP29

Premyer Liqa klubunun iki müdafiəçisi aşağı liqaya üz tutdu

16:00 Sumqayıt 552
Premyer Liqa klubunun iki müdafiəçisi aşağı liqaya üz tutdu

«Sumqayıt»ın iki yetirməsi I Liqanın yolunu tutub.

İlkin Məmmədov və Anar Əhmədzadə doğma şəhərlərinin klubundan ayrılıb.

2006 və 2005-ci il təvəllüdlü gənclər «Difai» ilə müqavilə imzalayıb.

Beləliklə, «fədailər» qış transfer pəncərəsində sıralarına qatdığı yeni oyunçuların ümumi sayı 8-ə çatıb.

«Kəpəz»dən müdafiəçi Mahir Həsənovu 6 aylıq icarəyə götürən «fədailər» həmçinin daha 5 transfer əməliyyatını yekunlaşdırıb.

Qarabağ qazilərinin təmsilçisi «Sumqayıt»ın yetirməsi Fərid Kərimzadəni MOİK-dən sıralarına qatıb. Yarımmüdafiəçi ilə 5 aylıq müqavilə imzalanıb.

Həmçinin «Qaradağ Lökbatan»dan hücumameylli yarımmüdafiəçi Ceyhun Muxtarlı, Xəyal Bədirov və yarımmüdafiəçi Ömər Məmmədzadə, «Turan Tovuz-2»dən qapıçı Vaqif-Malik Yeqanov komandaya qoşulub.

I Liqada mövsümün ikinci yarısına yanvarın sonunda start veriləcək. Qış fasiləsinə kimi 8 xal toplamış «Difai» islahatları artıq başa vurub.

«Fədailər» son olaraq 3 futbolçu ilə yolları ayırıb. Müdafiəçi Əzəmət Ələkbərli, yarımmüdafiəçi Tolqar İbrahimov və hücumçu Əli Mürsəlovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ötən ilin sentyabrında komandanın sıralarına qoşulmuş Bəşir Ayralov isə bir neçə gün qabaq düşərgədən göndərilib. Geridə qalan 4 ayda iki qırmızı vərəqə almış cinah müdafiəçisi ilə kontrakt pozulub.

2023-cü ilin noyabrından komandanın formasını geyinən müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyev buranı tərk edib.

O cümlədən, keçən ilin yayında kollektivə cəlb olunmuş yarımmüdafiəçi Sənan Ağayev buradan göndərilib.

Klubun daxili nizam-intizam kodeksinə uyğun olaraq, noyabrda Maksimilian Şilder və Nicad İsmayılovla müqaviləyə xitam verilib.

Baş məşqçi Xaqani Məmmədovin rəhbərliyə təqdim etdiyi raporta əsasən, qapıçı və yarımmüdafiəçi ilə kontraktlar qarşılıqlı razılaşma əsasında qüvvədən düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti