COP29

“Turan Tovuz” üçün böyük təhlükə qapıdadır!

14:00 Sumqayıt 320
“Turan Tovuz” üçün böyük təhlükə qapıdadır!

Premyer Liqanın ikinsi yarısının ilk turu qərb derbisi ilə yadda qalacaq.

Hər nə qədər qəribə səslənsə də, “Kəpəz” Tovuzda “Turan Tovuz”u qəbul edəcək.

Şübhəsiz, hazırkı durumda komandaların səviyyə fərqi arasında yerlə göy qədər fərq var. İstər maddi baxımdan olsun, istərsə də şərait və infrastruktur cəhətdən.

Meydanın bir tərəfində medallar və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan”lılar yer alacaq, digər tərəfində elitada qalmaq uğrunda yarışan “Kəpəz”.

Komandaların cari mövsümün ilk yarısına təsadüf edən oyunlarında tovuzluların aşkar üstünlüyü müşahidə olunmaqdadır. İlk qarşılaşmada rəqibinə aman verməyən Kurban Berdıyevin yetirmələri 3:0 hesablı qələbəyə sevinib. Oktyabrın 10-na təsadüf edən matç kifayət qədər gərgin və maraqlı alınsa da, gəncəlilər 90+4 dəqiqədə buraxılan qola üzülüb.

Bu dəfəki vəziyyət bir qədər fərqlidir. “Turan”ın meydana itkilərlə çıxması “Kəpəz”liləri bir xeyli ümidləndirəcək.

Xüsusən aparıcı müdafiəçilərin itkiləri qərb təmsilçisinə baha başa gələ bilər. Denis Marandiçi, Şəhriyar Əliyev, Eltun Turabov və Faiq Hacıyev cəza və zədə səbəbindənoynamaq imkanından məhrumdur. Hücumçu Aleks Souza isə dördüncü “sarı”nın acısını çəkməkdədir.

Yeri gəlmişkən, Tovuz təmsilçisi ötən ilin son iki oyununu heç-heçə başa vurub ki, növbəti xal itkisi yolverilməzdir. Bu, baş verəcəyi, “Zirə” isə “Araz-Naxçıvan”ı məğlub edəcəyi halda, zirəlilərlə xal fərqi bərabərləşə, hətta “qartallar” önə keçə bilər.

“Kəpəz” isə sonuncu pillədəki “Səbail”dən bir qədər də uzaqlaşmaq şansını əldən vermək istəmir. Mümkün 1 xal yaxşı nəticə sayılacaqsa, 3 xal Gəncədə bayrama çevriləcək.

Yanvarın 19-da Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti