COP29

Onlar Cavadovun başını uca edə biləcəklərmi?

18 Yanvar 17:40 Sumqayıt 238
Onlar Cavadovun başını uca edə biləcəklərmi?

"Sumqayıt" qış fasiləsində iki önəmli simasını itirdi.

Cordan Rezabala vətəninə dönmək qərarı verdisə, Rəhim Sadıxov "Turan Tovuz" yolunu seçdi.

Əvəzində isə "kimyaçılar" bir yeni transfer belə etməyib.

Yalnız müvəqqəti baş məşqçi Vaqif Cavadovla 2,5 illik anlaşma imzalanmasını qeyd etmək olar.

Sınaq matçlarında Cavadovun gənc futbolçulara xüsusi önəm verməsi diqqətdən qaçmadı.

Nə az, nə çox 10-a yaxın akademiya yetirməsini biz meydanda iş başında gördük.

Bu, gənc mütəxəssisin mövsümün ikinci yarısı onların xidmətindən istifadə edəcəyinə açıq mesajdır.

Onsuz da Cavadov A komandasının başına keçdiyi ilk gündən əvəzedicidə birgə işlədiyi gənclərə maksimum şans verməyə çalışır.

Gedənlərin fonunda yeni transferlərin edilməməsi çalışdırıcının bu baxımdan əl-qolunu açmış olur.

Düzdü, qarşıdakı iki dövrə birinci yarıya nisbətdə çox ağır keçəcək.

Klub rəhbərliyinin və kollektiv üzvlərinin açıqlamalarında avrokuboklarda mübarizə aparmağı hədəflədikləri görünür.

Məncə, bu heyətlə 4-cü pillədəki "Zirə" ilə 10 xallıq fərqi qapamaq kağızdan konfet düzəltmək kimi bir şey olacaq.

Amma Liqada qalmaq missiyasını həftələr öncə də yerinə yetirmək mümkün görünür.

Bəli, son illər 3 dəfə ölkəmizi Avropa səhnəsində təmsil edən Sumqayıt təmsilçisinin bu dəfə kənarda qalması arzuolunan deyil.

Amma əvəzində bir çox gəncin Premyer Liqaya ayağının açılması, özünü inkişaf etdirə bilməsi ən azı avrokuboklara vəsiqə qədər qiymətlidir.

Hətta daha çəkili olduğunu da demək olar. Qalır gənclərin fürsəti dəyərləndirməsi. Bacarsalar, onlara görə riskə gedən Cavadovun da başı uca olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 03:30 "Sabah" məğlub etdi