COP29

“Mən razı qaldım"

02:00 Sumqayıt 143
“Mən razı qaldım"

"Sumqayıt" yoxlama oyunu çərçivəsində "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matç haqda klubun mətbuat xidmətinə açıqlama verib.

35 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:

"Yeni ildə ilk oyunumuzu keçirdik. Sevindirici hal odur ki, məğlub olmadıq.

Futbolçulara təlim-məşq toplanışı çərçivəsində ağır fiziki yüklənmələr vermişik. Bu səbəbdən də komandada yorğunluq hiss olunurdu.

Bununla belə, futbolçularımın əzmkarlığından razı qaldım. Xüsusilə də şans verdiyimiz gənc futbolçuların oyunu məni qane etdi.

Düşünürəm ki, onlar da zamanla özlərini inkişaf etdirərək əsas komandanın üzvünə çevriləcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!