Bu qış "Sumqayıt"dan ayrılan Fernando Medeyrosun yeni komandası müəyyənləşib.
28 yaşlı braziliyalı karyerasını Albaniyada davam etdirəcək.Dayaq yarımmüdafiəçisi "Eqnatia" 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Medeyros daha əvvəl də "Eqnatia"da oynayıb.
Bu klubla müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin iyulunda azad agent kimi "Sumqayıt"a transfer olunmuşdu. Lakin cəmi 5 ay sonra braziliyalı ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilib.
“Sambaçı” köhnə-yeni komandasında Albaniya səviyyəsində pul qazanacaq.
Millimizin müdafiəçisi Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatia” cənubi amerikalıya aylıq 4500 dollar əməkhaqqı ödəyəcək.
SPORTİNFO.AZ