“Ötən 1 ilə nəzər yetirdikdə, “Sumqayıt”ın enişli-yoxuşlu qrafik çızdığını görürük.
Samir Abasovla uğurla başa çatan mövsüm, ondan sonrakı dövrdə yaşanan hüsran...
Məncə, “Sumqayıt”ın bəxti onda gətirib ki, Samir Abasova “Neftçi” elçi düşdü. Klub rəhbərliyinin bu arada atdığı ən düzgün addım Vaqif Cavadova şans verilməsi idi.
O, komandanı mental və fiziki olaraq ayağa qaldırmağı bacardı. Odur ki, yerli gənc mütəxəssislərimizə inanmaq lazımdır.
Vaqif Cavadovu isə bundan sonra məsuliyyətli bir dönəm gözləyir”.
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist bu dəfə Sumqayıtın eyniadlı klubu barədə danışıb, komandada cərəyan edən proseslərə şərhlər verib.
“Gənclər şəhəri”nin təmsilçisində baş məşqçi təyinatı haqda danışan E.Cəfərov 2,5 illik müqaviləni doğru qərar adlandırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN