"Sumqayıt" qış fasiləsində hücum xəttini gücləndirməyi planlaşdırır.
"Gənclik şəhəri" təmsilçisi sabiq legioneri Kazimir Ninqanı qaytarır.
"Kimyaçılar" Çaddan olan hücumçu ilə danışıqları demək olar yekunlaşdırıb. O, bura dönməyə razılıq verib. Özü də 10 min dollardan aşağı məvacib qarşılığında.
Afrikalı forvard ötən mövsüm "Sumqayıt"ın heyətində 31 rəsmi oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.
Sadəcə, Samir Abasova görə getməli oldu. Ovaxtkı baş məşqçi çadlı legionerin məhsuldarlığından narazı qalaraq, müqaviləsinin müddətinin uzadılmasını istəmədi.
Azərbaycandan ayrıldıqdan sonra "Tadamon"a (Küveyt) keçib. 31 yaşlı qolçunun Küveyt klubu ilə yaya qədər qüvvədə olan müqaviləsi var.
Ninqa "Sumqayıt"dan başqa karyerası ərzində "Monpelye", "Kann", "Anje" (Fransa), "Sivasspor" (Türkiyə), "Anortosis"də (Kipr) çıxış edib.
Millidə 18 oyun keçirən futbolçunun hesabında 5 qol var.
SPORTİNFO.AZ