"Sumqayıt"ın qış hazırlıq planında dəyişiklik olub.
"Gənclik şəhəri" təmsilçisi toplanışa əvvəlcədən elan olunduğu kimi yanvarın 5-dən etibarən deyil, 1 gün sonra start verəcək.
Baş məşqçi Vaqif Cavadovun qərar dəyişməsinə səbəb əcnəbi furbolçular olub.
Belə ki, dünən axşam Azərbaycana qayıdan legionerlərin yol yorğunluğu fonunda 1 gün sonra məşqə çıxmaları məqbul sayılmayıb.
Bu səbəbdən bütün heyətə daha bir gün əlavə istirahət verilib.
Gənc mütəxəssisin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesini Sumqayıt şəhərində keçəcək.
Komanda yoxlama görüşündə "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma yanvarın 9-da, saat 15:00-da "Kapital Bank Arena"da baş tutacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ