“Sumqayıt”ın kapitanı Elvin Bədəlov sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, müdafiəçi “Qarabağ”a keçə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Bədəlov Ağdam təmsilçisindən rəsmi təklif almadığını söyləyib:
"Həmişəki kimi “transfer pəncərəsi” zamanı bəzi məlumatlar yayılır. Amam bu o demək deyil ki, hamısı doğrudur.
"Qarabağ"la adımın hallandığını bilirəm. Açığı, mənim üçün də xoşdur. Lakin “Qarabağ”dan rəsmi təklif almamışam".
29 yaşlı futbolçunun “Sumqayıt”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2019-cu ildən bu komandada oynayır.
“Zenit”in yetirməsi olan Bədəlov karyerası ərzində “Neftçi”, “Qarabağ Vyana” və "Sabah”da çıxış edib.