Samir Abasovun gedişindən sonra "Sumqayıt"a müvəqqəti baş məşqçi təyin olunan Vaqif Cavadovla bağlı qərar hələ də açıq qalır.
Amma klubdan əldə etdiyimiz məlumata görə, məsələ barədə yekun qərar verilib.
Gənc mütəxəssislə yeni anlaşmanın bütün detalları razılaşdırılıb.
Müqavilənin müddəti 2,5 ili əhatə edəcək.
Çalışdırıcının müvəqqəti baş məşqçi statusu ilə bərabərə maaşında da kifayət qədər artım edilməsi nəzərdə tutulub.
Müşahidə Şurasının növbəti həftə iclası nəzərdə tutulub.
Qərar məhz həmin iclasda rəsmən elan ediləcək.
XANOĞLAN/ SPORTİNFO.AZ