Millinin sabiq yarımmüdafiəçisi Rəhim Sadıxovun «Sumqayıt»dan «Turan Tovuz»a keçidi düyünə düşüb.
Əslində, klublar arasında razılıq əldə olunub.
«Kimyaçılar» ötən ilin yayında düşərgəsinə geri qaytardığı və 2 illik müqavilə imzaladığı orta sahə oyunçusunu 50 min dollar qarşılığında qarşı tərəfə satmağa hazırdır.
Di gəl, 28 yaşlı futbolçu qərb təmsilçisi ilə maliyyə şərtlərində razılığa gələ bilmir.
Yığmanın keçmiş üzvü Tovuz komandasından ilyarımlıq kontrakt üçün 225 min dollar tələb edir. Və 1 sent də güzəştə getmir.
«Turan» isə bu rəqəmi 200 min dollardan aşağı salmağa çalışsa da, ortaq məxrəcə gəlmək mümkün olmur.
SPORTİNFO.AZ