Mehdi Cənnətov və Murad Xaçayev "Sumqayıt”ın heyətində Premyer Liqanın ilk iki dövrəsində əvəz edilmədən meydanda olublar.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.
M.Xaçayev isə cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Premyer Liqada ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb.
Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.