COP29

Əcnəbi forvard Azərbaycana qayıtmaq üçün danışıqlara başladı

26 Dekabr 22:20 Sumqayıt 1 819
Əcnəbi forvard Azərbaycana qayıtmaq üçün danışıqlara başladı

"Sumqayıt" sabiq futbolçusu geri qaytara bilər.

Söhbət Kasimir Ninqadan gedir.

Hazırda Küveytin "Tadamon" klubunda çıxış edən hücumçu 2023/24 mövsümünü "kimyaçılar"da keçirib.

O, Sumqayıt klubunda meydana çıxdığı 31 görüşdə 8 qolla yadda qalıb.

31 yaşlı forvardın Küveyt klubu ilə yaya qədər qüvvədə olan müqaviləsi var.

Keçidə tək mane ola biləcək səbəb də budur.

Hazırda tərəflər arasında danışıqlar gedir.

Çad millisinin üzvü yenidən ölkəmizə qayıtmağa isti baxır.

Qalır klubu ilə dil tapmaq.

Ninqa "Sumqayıt"dan başqa karyerası ərzində "Monpelye", "Kann", "Anje" (Fransa), "Sivasspor" (Türkiyə), "Anortosis" (Kipr) klublarında çıxış edib.

Milli komandada 18 oyun keçirən futbolçunun hesabında 5 qol var.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti