"Sumqayıt"ın futbolçusu Rövlan Muradova "Neftçi" ilə bərabər elçi düşən daha iki klubun adı məlum olub.
Elmar Baxşıyev sabiq yetirməsini "Araz Naxçıvan"a aparmağı düşünür. İkili "Qəbələ"də birgə çalışıb.
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev isə onun transfer ilə sağ cinahda çıxışından narazı qaldığı Faiq Hacıyevin yerini doldurmaq istəyir.
26 yaşlı futbolçu təklif bolluğuna düşsə də, qərar verməkdə tələsmək istəmir.
"Qəbələ"nin yetirməsi ikinci mövsümdür “kimyaçılar”ın şərəfini qoruyur.
O, Sumqayıt təmsilçisinin heyətində meydana çıxdığı 57 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN/ SPORTİNFO.AZ