Premyer Liqanın 18-ci turuna Tovuzda start verilib.
Tovuz şəhər stadionunda "Kəpəz" "Sumqayıt" qonaq edir.
Qarşılaşmaya azarkeş marağı çox azdır.
Xüsusi diqqət çəkəni isə qonaqların ümumiyyətlə dəstəksiz qalmasıdır.
Belə ki, "kimyaçılar" üçün Tovuza 1 nəfər olsun gəlməyib.
Halbuki digər səfər oyunlarında Sumqayıt təmsilçisinin ən azı 30-40 nəfərdən ibarət azarkeş qrupunu qonaq tribunasında görə bilirdik.
Fanatlar bu dəfə autsayderlə matç üçün səfərə çıxmağı məsləhət bilməyiblər.
Səbəb isə son günlər hava şəraitinin şaxtalı keçməsidir.
XANOĞLAN/ SPORTİNFO.AZ