COP29

"Qarabağ" önündəki darmadağında gizlənən XOŞ MƏNZƏRƏ

19:00 Sumqayıt 263
"Qarabağ" önündəki darmadağında gizlənən XOŞ MƏNZƏRƏ

Vaqif Cavadov Premyer Liqada ilk acı məğlubiyyətini "Qarabağ"dan aldı - 0:5.

Amma darmadağınla bitən matçda "kimyaçılar" adına xoş olan hadisə də yox deyildi.

Söhbət Cavadovun komandanın öz yetirmələrinə belə məsul görüşdə şans verməsindən gedir.

20 yaşlı Ruslan Əliyev ilk dəfə start heyətdə meydana çıxdı.

Ayxan Süleymanlı növbəti dəfə 90 dəqiqə oynamaq fürsəti aldı.

18 yaşlı Nihat Əhmədzadə və 23 yaşlı Uğur Cahangirova isə ikinci yarının əvvəlində meydana çıxmaq tapşırığı verildi.

Premyer Liqa klubunun eyni anda bu sayda yetirməsinə şans tanıması hardan baxsaq xoş mənzərədir.

Kimsə düşünə bilər ki, gənc mütəxəssis zədəli və cəzalıların fonunda yuxarıdakı adlara məcburiyyətində şans vermişdi.

Amma əvvəlki oyunlara diqqət yetirəsi olsaq, görərik ki, Cavadov gəldiyi ilk gündən gənclərə güvənmək yolunu seçib.

Məsələn, "köhlən atlar"la qarşılaşmada Kamran Quliyevi təcrübəli Vuynoviçlə əvəzləmək olardı, amma əvəzində Uğur Cahangirovu gördük.

Və ya ehtiyatda böyük təcrübəyə sahib Vüqar Mustafayev ola-ola seçim Əliyevin xeyrinə edilmişdi. Cəsarətli addımdır.

Həm də asan qərar deyil. Səhvlərə dözümlü olmaq, məğlubiyyətə səbr etmək lazımdır.

Məncə, yerli uşaqların böyüməsi üçün hər ikisinə dözməyə dəyər.

Ümid edək ki, klubun yetirmələri onlar üçün verilən şansın dəyərini biləcək, haqqını bacarıqları ilə meydanda verəcəklər.

Əks halda, günahı özlərinə qalacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti