“Sumqayıt” Premyer Liqanın 17-ci turunda “Qarabağ”ın qonağı olacaq.
"Kimyaçılar” çempionun qarşısına ciddi itkilərlə çıxacaq.
Zədə və cəza səbəbindən 7 nəfər bu oyunda iştirak edə bilməyəcək.
Rövlan Muradovla Elvin Bədəlov “Neftçi”ylə qarşılaşmada sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.
Səbuhi Abdullazadə, Fernando Medeyros, Casurbek Caloliddionov, Silvanus Nimeli isə zədələrini sağaltmadıqları üçün həftəiçi kollektiv məşqlərdə iştirak etməyiblər.
Yayda sıradan çıxan İsa Suliman da meydana çıxmaqdan məhrumdur.
Dekabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ