"Sumqayıt" Azərbaycan kubokunun 1/8 finalında MOİK-i 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:
"Bir az gərgin oyun izlədik. Baxmayaraq ki rəqibin bir-sıra baxımlı hücumları oldu, lakin 120 dəqiqə ərzində üstün tərəf biz idik.
Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər müəllim gözəl komanda formalaşdırıb.
Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik".