"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Fernando Medeirosla bağlı sərt qərar verib.
Belə ki, gənc mütəxəssis əcnəbi yarımmüdafiəçini əsas komandadan uzaqlaşdırıb.
Buna səbəb braziliyalının zədədən sonra baş məşqçinin Əvəzedici komandada meydana çıxmaq tələbinə qarşı çıxması olub.
Əslində Cavadov Fernando ilə bərabər Kristian Velinovski və Casurbək Cəlaledinovdan da eyni şeyi istəyib.
Fernandodan fərqli olaraq digər iki futbolçu baş məşqçinin istəyilə ikinci komandada meydana çıxmağı problem etməyib.
28 yaşlı futbolçunun son oyunlarda iştirak ərizəsində adının olmaması məhz bununla bağlıdır.
Xatırladaq ki, əcnəbi futbolçunun Sumqayıt klubu ilə 2026-cı ilə kimi qüvvədə olan müqaviləsi var.
Cənubi amerikalı "Sumqayıt" formasında keçirdiyi 7 matçda 1 qolla yadda qaldığını bildirək.
XANOĞLAN/ SPORTİNFO.AZ