COP29

"Samir Abasov belə məsləhət bilirdisə, deməli, belə lazım imiş"

17:00 Sumqayıt 318
"Samir Abasov belə məsləhət bilirdisə, deməli, belə lazım imiş"

Vaqif Cavadovun "Sumqayıt"ın baş məşqçi postuna gəlişindən sonra heyətdə müəyyən dəyişiklərə getdi.

Məsələn, Samir Abasovun dönəmində ehtiyat oyunçuya çevrilən Ayxan Süleymanlı bu gün əsas heyət üzvünə çevrilməkdədir.

O, gənc mütəxəssisin gəlişindən sonra "Kimyaçılar"ın keçirdiyi 6 matçdan 5-də meydanda olub. Son 2 turda isə start heyətində oyuna çıxıb.

Sportinfo.az-a açıqlama verən 20 yaşlı müdafiəçi onun xeyrinə dəyişən vəziyyəti bu cür şərh edib:

"2-3 ay zədəli oldum. Yay toplanışında iştirak edə bilmədim. Samir müəllim burada olduğu son oyunlarda geri qayıtmışdım.

Oynamağa hazır idim. Amma sabiq baş məşqçimiz "Neftçi"yə getdi. Vaqif müəllim gəldiyi gündən şans verdiyi üçün sağ olsun.

Hər məşqdə onun tələblərini maksimum icra etmək istəyirəm. Etimadını doğruldacağıma inanıram.

Lakin deyə bilmərəm ki, Samir müəllim şans vermirdi. Ötən mövsüm oynamaq fürsətlərim oldu və pis də alınmadı. Daha çox kölgədə qalmağımla bağlı nə deyim?
Hər məşqçinin öz fikri var. O belə məsləhət bilirdisə, deməli belə lazım imiş. Samir müəllimə də "Neftçi"də uğurlar arzu edirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti