Vaqif Cavadovun gəlişiylə "Sumqayıt"da çox şey dəyişib.
Bu rəy futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «kimyaçılar»ın müvəqqəti baş məşqçisindən danışıb.
Tanınmış teleşərhçi bildirib ki, oktyabrda Samir Abasovu əvəzləyən gənc həmkarı üzərinə götürdüyü işin öhdəsindən layiqincə gəlir.
Ekspertin fikrincə, Cavadov özünü çox təmkinli və səliqəli aparır, pafoslu açıqlamalar vermir.
Abbasov deyib ki, sözügedən çalışdırıcı 2 aya yaxın müddət ərzində komandanın oyununu yaxşılaşdıra, özünü futbolçulara sevdirə bilib.
Həmçinin qeyd edib ki, onun təyinatından sonra «Sumqayıt» uğursuzluq zolağından çıxaraq, avkuboklara iddialı duruma gəlib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN