«Sumqayıt»ın qış planı məlum olub.
Vaqif Cavadovun komandanı Samir Abasovdan təhvil almasından sonra çıxışa keçən «kimyaçılar» 2025-ci ili ölkə daxilində qarşılayacaq.
«Gənclik şəhəri» təmsilçisi ötən illərdən fərqli olaraq, bu dəfə Türkiyə, yaxud başqa bir dövlətə yollanmayacaq.
Sumqayıtlılar qarşıdakı fasilə müddətində təlim-məşq toplanışını doğma məkanda təşkil edəcək.
Klub rəhbərliyinin belə bir qərar verməsinin arxasında iki səbəb dayanır. Premyer Liqada qış fasiləsinin qısa sürməsi və büdcədəki vəsaitə qənaət.
SPORTİNFO.AZ