Premyer Liqasa XIV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda hesabı qonaqlar açıb. 26-cı dəqiqədə Leroy Mikels fərqlənib.
Bununla belə, fasilə ərəfəsində "gənclik şəhəri" təmsilçisi "status-kvo"nu bərpa edib. Cordan Rezabala 45+1-ci dəqiqədə adını tabloya yazdırıb.
Qarşılaşmada yekun nəticəni isə Rövlan Muradov müəyyənləşdirib. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" 16 xalla altıncı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir.