"Milli komandanın oyunlarına görə yaranmış fasilə yaxşı keçdi. "Şamaxı" ilə oyuna hazırlaşırıq. Hər şey bu yöndə gedir".
Bunu Sportinfo.az-a açıqlama verən "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.
Gənc mütəxəssis qısa müddət əvvəl "kimyaçılar"ın başına keçib. Fəlsəfəsini kollektivə aşılamaq üçün yaranmış fasiləni onun üçün yerində hesab etmək olardı.
Amma Cavadov bir qədər fərqli düşünür:
"Komandamız son oyunlarda yaxşı oyun nümayiş etdirsə də çatışmazlıqlar var. Amma bu fasilə boşluqları aradan qaldırmaq üçün yetərli deyil. Mümkün qədər bu istiqamətdə çalışdıq. İnşallah, hər şey qaydasında olacaq.
Fasilə sadəcə fiziki və psixoloji baxımdan furbolçuların özünə gəlməsinə kömək edəcək.
Qış fasiləsinə kimi əlimizdəki imkanlarla yararlanmalıyıq. Mənfi şeylərə zaman ayırmağa, bəhanələr gətirməyə vaxtımız yoxdur. Hər bir oyuna ciddi hazırlaşıb, yaxşı nəticə əldə etmək istəyirik".
XANOĞLAN