COP29

Millidə oynamağı haqq etmədiyini dedi: “Adımı görməyəndə, təəccüblənmədim”

21:20 Sumqayıt 247
Millidə oynamağı haqq etmədiyini dedi: “Adımı görməyəndə, təəccüblənmədim”

“Adımı millinin siyahısında görməyəndə, açığı, təəccüblənmədim.

Bu barədə düşünmürdüm də”.

“Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayev Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasına dəvət almaması barədə danışıb.

Yığmanın baş məşqçisi Fernando Santuş Estoniya və İsveçlə oyunlar üçün tərtib etdiyi siyahıda “Sumqayıt”dan bir nəfərə - Səbuhi Abdullazadəyə dəvət göndərdi.

Murad portuqaliyalı çalışdırıcının qərarına hörmətlə yanaşır, hər nə qədər qəribə görünsə də, bu gün yığmada oynamağı haqq etmədiyini düşünür:

“Bu dəqiqə bütün diqqətimi “Sumqayıt”ın oyunlarına və nəticələrinə ayırmışam. Bacardığım qədər komandam üçün faydalı olmağa çalışıram.

Millidə məşqçilər heyəti və futbolçuları diqqətdə saxlayan adamlar var. Qərarı onlar verir. Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram.

Əlbəttə, hər bir futbolçu yığmanın formasını geyinmək istəyir. Ancaq bunun üçün ilk növbədə oynadığın klubun nəticələri yaxşı olmalıdır ki, ön planda olasan”.

26 yaşlı futbolçu öncəki toplanışlarda milliyə dəvət olunsa da, yalnız 1 oyunda şans qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti