«Sumqayıt»da komandaxili toplantı keçirilib.
Klub rəhbərliyi cari mövsümün gedişiylə bağlı məşqçi və futbolçularla fikir mübadiləsi aparıb.
Prezident Riad Rəfiyev Premyer Liqanın ilk 13 həftəsində qeydə alınan nətixcələrdən bir o qədər məmnun qalmadığını bildirib.
«Kimyaçılar»ın birinci şəxsi kollektivdən gözləntilərinin böyük olduğunu söyləyib. Həmçinin oyunçuları yaxından maraqlandıran bir vəd verib.
Rəfiyev bundan sonrakı qarşılaşmalar üçün mükafat fondunu ikiqat artıracaqlarını açıqlayıb.
SPORTİNFO.AZ