"Məncə, hər bir məşqçinin öz işləmə metodu var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Cordan Rezabala deyib.
Ekvadorlu legioner "Vaqif Cavadov sabiq baş məşqçi Samir Abasovdan nə ilə fərqlənir" sualına belə cavab verib:
“Onların fərqli üsulları və şəxsiyyətləri var. Samir Abasov haqqında pis bir söz deyə bilmərəm.
Bura gələn gündən mənə inam verdi və həmişə dəstəklədi. İndi Vaqif Cavadov da eynidir.
Mənə azadlıq verməyə çalışır və oyunumuzu ifadə etməyimizə imkan verir. Bu, mənim üçün yaxşıdır".