COP29

Yeni sima "Sportinfo"ya açıqladı: "Bu müddətdə insanların pis tərəflərini gördüm"

22 Noyabr 22:20 Sumqayıt 262
Yeni sima "Sportinfo"ya açıqladı: "Bu müddətdə insanların pis tərəflərini gördüm"

Miloş Miloviçin "Sumqayıt"a transferi Samir Abasovun dönəminə təsadüf edir.

O, mövsümün gedişində - konkret olaraq 4 sentyabr tarixində "Kimyaçılar"la anlaşdı.

Amma "Araz Naxçıvan"la yoxlama matçında zədə alan müdafiəçinin rəsmi oyunlarda debüt etməsi iki aya yaxın çəkdi.

Abasovu baş məşqçi əvəzləyən Vaqif Cavadov isə ilk fürsətdəcə monteneqrolu müdafiəçiyə güvəndi.

Gənc çalışdırıcının "Turan Tovuz"la debüt qarşılaşmasında son 19 dəqiqədə meydan verdiyi əcnəbi futbolçu inamlı oyunu ilə sonrakı 3 görüşdə əsas heyətin dəyişməz üzvünə çevrilə bildi.

Sportinfo.az-a açıqlamasında yüksəlişdə olmasından danışan Miloviç gələcəklə bağlı da xoş mesaj verib:

"Bəli, son bir neçə ay mənim üçün ən çətin dövr oldu. Futbolda insanların pis tərəflərini gördüm.

Amma bu artıq keçmişdə qaldı. İndi "Sumqayıt"da məşq etməkdən və oynamaqdan zövq alıram.

İnanıram ki, bunun sayəsində gələcəkdə daha yaxşı oyunlarım olacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir