COP29

"2 həftədən sonra deyəcəksiz ki, Vaqif Cavadov istefa verməlidir"

3 Noyabr 22:10 Sumqayıt 1 886
"2 həftədən sonra deyəcəksiz ki, Vaqif Cavadov istefa verməlidir"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 12-ci turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım matça yaxşı motivasiya olmuşdular. Məşqdə istədiklərimizi oyunda icra etdilər. Çətin, amma çox lazımlı qələbə idi. Ümidvaram ki, bundan sonra da komandada qələbə ruhu davam edəcək.

- Son 20 dəqiqədə müdafiəyə çəkilmək riskli deyildi?

- Oyunboyu qapımızda ciddi problem görmədik. Müdafiədə oturmağımızın məqsədi var idi. 90+5-ci dəqiqədə künc zərbəsindən gözəl qol vurduq. Hər şey istədiyimiz kimi gedirdi. Səbr yaxşı şeydir. Səbrli və istəkli olduq.

- Komandanın psixoloji enişdən çıxdığını düşünmək olar?

- İndi nəsə demək tezdir. Eyforiyaya qapılmamalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. Alınmasa da, öz işimizə davam edəcəyik. Hələ heç nə etməmişik. Çox çətin çempionatdır, hər komanda iddialıdır.

- Rəqiblərə görə oynayacaqsız, yoxsa öz oyununuzu göstərəcəksiz?

- Hazırda bir sistem var. Amma istənilən rəqibə qarşı mübarizə aparmalısan. Əgər nəticəyə oynamasam, gözəl futbol oynamağa çalışsam, 2 həftədən sonra deyəcəksiz ki, Vaqif Cavadov istefa verməlidir. Futbol nəyi tələb edirsə, onu da etməliyik. Futbolçular pillə-pillə həm öz oyunlarını yaxşılaşdırırlar, həm də milli komandanın məşqçilərinə siqnal verirlər. Hər oyuna fərqli yanaşa bilərik. Amma mənim və "Sumqayıt"ın bir futbol fəlsəfəsi var və bunu icra etməyə çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!