«Sumqayıt»ın futbolçuları Vaqif Cavadova müraciət edib.
«Kimyaçılar» Premyer Liqanın ilk dövrəsində əldə olunan 2 qələbə və 1 heç-heçəyə görə mükafatların verilməsində yeni baş məşqçi əvəzindən kömək istəyib.
Oyunçular Samir Abasovun məsələnin həllinə barmaqarası yanaşdığını xatırladıb, müvəqqəti çalışdırıcıdan dəstək umub.
Cavadov isə öz növbəsində bildirib ki, ondan qabaq yaşanan hadisələrə görə heç bir məsuliyyət daşımır, amma problemi araşdıracaq:
«Mən yalnız bundan sonra olanlara cavabdehəm. Nə deyirəmsə, sözümün ağasıyam» - o, söyləyib.
SPORTİNFO.AZ