"Sumqayıt"ın yarımmüdafiəçisi Cordan Rezabala Sportinfo.az-a açıqlama verib.
Ekvadorlu legioner "Turan Tovuz"la görüşdə erkən əvəzlənməsindən sonra yeni baş məşqçi Vaqif Cavadovla arasında olan narazılığa aydınlıq gətirib:
"Narazı olmaq normaldır. Mən heç vaxt meydanı erkən tərk etmək istəmirəm.
Həmişə oynamaq istəyirəm. Futbolda isə bu cür hallar olur.
Bunu da normal qarşılayıram və indi məşqçi ilə hər şey qaydasındadır".
XANOĞLAN