«Sumqayıt»ın yeni baş məşqçisi Vaqif Cavadov Samir Abasovun ondan əvvəl müəyyənləşdirdiyi iş prinsiplərini dəyişib.
Ən azı qış fasiləsindək vəzifə başında qalacağı gözlənilən çalışdırıcı komandanın hazırlıq planına ciddi surətdə «əl gəzdirib»
. Onun istəyi ilə kollektiv hər Premyer Liqa matçından öncə otelə yığışacaq.
Gənc mütəxəssis gecə saatlarında hansısa futbolçunun olduqları məkanı tərk etməsinə yasaq gətirib. Həmçinin saat 23:00-dan sonra dəhlizdə görünənləri cərimə gözləyir.
Samir Abasovun dönəmində qaydalar daha yumşaq idi. Oyunçular oyuna birbaşa evdən gəlirdilər.
SPORTİNFO.AZ