«Sumqayıt» Səbuhi Abdullazadəyə yeni müqavilə təklif edib.
«Kimyaçılar»ın rəhbərliyi klubun öz yetirməsini burada saxlamaq niyyətindədir.
«Gənclik şəhəri» təmsilçisi yarımmüdafiəçi ilə daha 3 il birgə addımlamağı planlaşdırır.
Bu da boş-boşuna istək deyil. Belə ki, «Neftçi»nin köhnə-yeni baş məşqçisi Samir Abasov «Sumqayıt»dan yaxşı tanıdığı futbolçunu gündəminə alıb.
O, israilli yarımmüdafiəçi Roi Kehatdan sonra Səbuhi Abdullazadəni paytaxta gətirmək niyyətindədir.
Mütəxəssis 2 ilə yaxın müddət ərzində rəhbərliyi altında çıxış etmiş 2001-ci il təvəllüdlü orta sahə oyunçuna onunla bağlı planını açıqlayıb.
Səbuhinin hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Müxtəlif şəxslər vasitəsilə Abdullazadə ilə əlaqə quran Abbasov uzunmüddətli kontrakt bağlamaq istədiklərini bildirib.
SPORTİNFO.AZ