"Sumqayıt" Premyer Liqanın 11-ci turunda səfərdə "Səbail"ə 1:0 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cəvadov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
- Komandama təşəkkürümü bildirirəm. Yaxşı, mübarizəli oyun getdi. Həm oyun, həm də istək baxımından rəqibi üstələdik. Buna görə də qələbə qazandıq. Yolumuza davam edəcəyik.
- 70-ci dəqiqədən sonra komandanız geriyə çəkildi. Bu, yorğunluqdan idi?
- Heç bir yorğunluq yox idi. Sadəcə olaraq komanda uduzmaq istəmirdi. Rəqib öz meydanında oynayırdı. Bunun da təzyiqi var idi. İkinci hissədə daha çox əks-hücumda oynamağa çalışırdıq. İstifadə edə bilmədiyimiz bir neçə qol epizodu oldu. Amma komandam mübarizə apardı. Futbolçuların hər birinə təşəkkür edirəm. İstəyi sona qədər qorudular və lazım olan 3 xalı qazandılar.
- Ötən oyunla müqayisədə taktiki planda hansı dəyişikliklər etdiniz?
- "Turan Tovuz"la matçda müdafiəyə daha çox çəkilmişdik. Buna görə orta xəttdə boşluqlar yaranırdı. Amma bu oyun tam başqa idi. Hücumda daha çox oynadıq. Rəqibləri təhlil edirik. Öz oyunumuzu pillə-pillə artırmaq istəyirik. Bundan sonra nəticələr özü gələcək.