Samir Abasovsuz "Sumqayıt" ilk sınağından üzüağ çıxa bilmədi.
Vaqif Cavadovun başçılığı altında "kimyaçılar" doğma meydanda "Turan Tovuz"la bacarmadı - 2:4.
Meydan sahiblərinin bu görüşə ümidləri böyük idi.
Axı əvvəlki iki turda "Sumqayıt" "Neftçi" və "Qarabağ" kimi rəqiblərlə layiqli futbol oynamağı bacarmışdı.
Bəs bölgə klubu ilə matçda həmin oyunun davamını gətirməyə nə mane oldu?
Məsələn, Samir Abasovun ani gedişi, yeni baş məşqçi təyinatı səbəb kimi göstərilə bilər?
Komandanın ən təcrübəli futbolçusu Elvin Bədəlov suallarımıza belə cavab verib:
"Samir müəllimin gedişini şərh edə bilmərəm. Bu, onun verdiyi qərardır. Yeni iş yerində uğurlar arzu edirəm. Onun gedişinin oyunumuza təsir etdiyi kənardan görünə bilər. Amma inanmıram nəsə təsir eləmiş olsun.
Vaqif müəllim də istəkli məşqçidir. Kömək etmək üçün gəlib. Bir yerdə vəziyyətdən çıxmaq istəyirik. Yeni baş məşqçiyə vaxt lazımdır. Düzəlməliyik, başqa yolumuz yoxdur".
XANOĞLAN / SPORTİNFO.AZ