COP29

Premyer Liqa klubunun 100 min manatlıq problemindən YENİ XƏBƏR

24 Oktyabr 22:20 Sumqayıt 630
Premyer Liqa klubunun 100 min manatlıq problemindən YENİ XƏBƏR

"Sumqayıt" klubunun ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda isti su problemi öz həllini tapıb.

Məsələnin birdəfəlik, yoxsa müvəqqəti həll edildiyini demək çətindir.

Amma dəqiq olan odur ki, "kimyaçılar"ın son iki ev oyununda futbolçuların duş qəbul etməsilə bağlı problem yaşanmır.

Söhbət "Qarabağ" və "Turan Tovuz"la ev oyunlarından gedir.

Əbəs deyil ki, hər iki görüşdən sonra AFFA İntizam Komitəsi klubu cəzalandırmayıb.

Məlumat üçün bildirək ki, Premyer Liqa təmsilçisi bu mövsüm isti su olmamasına görə, AFFA İntizam Komitəsi tərəfindən əvvəlki 3 ev oyununun hər birində 500 manat cəza almışdı.

İsti suyun olmamasına səbəb isə idman qurğusunun qaza görə 100 min manat borcunun yığılması idi.

"Azəriqaz" borcun ödənilməməsi səbəbindən bir neçə ay əvvəldən arenaya qazın verilməsini tam dayandırmışdı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti