“Taktiki cəhətdən olan dəyişiklərdən danışa bilmərəm, çünki bu, komandanın daxili məsələsidir”.
Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov deyib.
Samir Abasovun baş məşqçi postundan gedişini şərh etmək istəməyən 26 yaşlı vinger son bir həftədə yaşananlara belə münasibət bildirib:
“Vaqif Cavadov ilk gündən bizə inandığını söyləyir. Hər bir futbolçuya yaxşı motivasiya verir.
Bu, ilk oyun idi. İstəməzdik ki, öz meydanımızda, doğma azarkeşlər önündə uduzaq. Təəssüf ki, belə alındı”.