COP29

Klub prezidenti: “Bu, boş söhbətdir, onu baş məşqçi postuna gətirməyə hazırlaşmırıq”

21 Oktyabr 14:00 Sumqayıt 1 120
Klub prezidenti: “Bu, boş söhbətdir, onu baş məşqçi postuna gətirməyə hazırlaşmırıq”

«Mən bu haqda xəbərləri yalnız mətbuatdan oxuyuram».

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a açıqlamasında belə deyib.

«Kimyaçılar»ın birinci şəxsi vaxtilə «Keşlə»də (indiki «Şamaxı»da) çalışmış Yuri Maksimovla danışıqlar aparması haqda yayılan informasiyaları təkzib edib.

Müsahib ukraynalı çalışdırıcıya təklif göndərmədiklərini bildirib:

«Vaqif Cavadov baş məşqçi vəzifəsinin icrasına yeni başlayıb. Bütün fikrimizi ona vermişik.

Əvvəlki baş məşqçilərə olduğu kimi, Cavadova da maksimum dəstək verəcəyik. Bundan heç kimin şübhəsi olmasın.

Maksimov söhbəti haradan çıxıb, bilmirəm. Brş bir söhbətdir,

Bu, mənə o qədər də maraqlı deyil. çünki Maksimovla danışmamışıq və danışıqlar aparmağa da hazırlaşmırıq. İndi yalnız onu istəyirik ki, komanda özünə gəlsin və uğurlu çıxış etsin».

Digər Xəbərlər
Xəbər Lenti