COP29

Sumqayıtda erkən "istefa" ÇAĞIRIŞI

20 Oktyabr 20:30 Sumqayıt 1 919
Sumqayıtda erkən "istefa" ÇAĞIRIŞI

Premyer Liqanın 10-cu turunun "Sumqayıt" - "Turan Tovuz" matçında yerli azarkeşlər qəribə addımla yadda qalıb.

Belə ki, ilk 25 dəqiqədə "kimyaçılar" qapısından 3 qol buraxıb.

Gedişatdan məmnun olmayan "Ultras Sumqayıt" azarkeş qrupu "istefa" şuarı səsləndirib.

Fanatlar konkret ad çəkməyib.

Amma böyük ehtimal şuarın ünvanı baş məşqçi Vaqif Cavadov olub.

Gənc mütəxəssis cəmi 1 həftə əvvəl "Sumqayıt"ın baş məşqşisi təyin olunub.

Bu, onun Premyer Liqada debüt matçıdır.

Elə bu səbəbdən azarkeş qrupunun addımı birmənalı qarşılanmayıb və çox qısa çəkib.

Qeyd edək ki, hazırda fasilə olan qarşılaşmada qonaqların 3:1 hesablı üstünlüyü var.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti