COP29

Vaqif Cavadov VS Kurban Berdıyev 1:0 – Bu dəfə kim sevinəcək?

20 Oktyabr 19:00 Sumqayıt 1 524
Vaqif Cavadov VS Kurban Berdıyev 1:0 – Bu dəfə kim sevinəcək?

Premyer Liqanın 10-cu turu çərçivəsində “Sumqayıt” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.

Bu oyunu əlamətdar edən hadisə yaxın keçmişə qədər ölkənin sayılıb-seçilən futbolçularından olan Vaqif Cavadovun baş məşqçi qismində debüt etməsidir.

Daha doğrusu, bu matç A kateqoriyalı çalışdırıcının Premyer Liqada baş məşqçi qismində siftəsi olacaq.

Digər önəmli fakt Cavadovun rəqib həmkarının Kurban Berdıyev olmasıdır ki, bu ikili vaxtilə başqa ölkədə üz-üzə gəlib.

2011-ci ilin noyabrın 6-da Rusiya Premyer Liqası çərivəsində keçirilən “Volqa” – “Rubin” görüşündə Vaqif Cavadovun birincilərin heyətində yer alıb və start heyətində meydana çıxaraq 71-ci dəqiqəyə qədər mübarizə aparıb.

Həmin matçda “Rubin”də baş məşqçi postunu Kurban Berdıyev tutub.

Futbolçu-məşqçi duelində sevinən tərəf həmyerlimiz olub. Nijni Novqorod təmsilçisi Şota Bibilovun 30-cu vurduğu qol sayəsində qələbəyə sevinib.

13 ildən sonrakı dueldə hər ikisi baş məşqçi statusunu daşıyacaq. Görək, bu dəfə kim sevinəcək.

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Turan Tovuz” oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti