COP29

“Azərbaycana gələndən sonra eşitdiklərimə şübhə qalmadı”

21:20 Sumqayıt 346
“Azərbaycana gələndən sonra eşitdiklərimə şübhə qalmadı”

«O, mənə ölkəniz və futbolunuz haqda müsbət fikirlər səsləndirirdi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın yeni transferi Georgi Karaişvili deyib.

Sentyabrın 18-də «kimyaçılar»la 1+2 illik müqavilə bağlamış gürcüstanlı legioner «bura gəlməmişdən əvvəl futbolumuz və ölkəmiz barədə nə kimi məlumatlara sahib idin» sualını cavabındırıb.

28 yaşlı yarımmüdafiəçi söyləyib:

«Davit Volkov ən yaxın dostumdur. Söhbətlərimiz zamanı ondan kifayət qədər xoş sözlər eşitmişdim.

Çünki uzun illərdir Azərbaycanda oynayır və kifayət qədər bildikləri var. 100 faiz məlumatlı olmasam da, təəssüratlarım yaxşı idi.

Gələndən sonra eşitdiklərimə şübhə qalmadı. Mənə söylənilənlərin doğru olmasını gördüm».

Georgi vaxtilə İsveçdə “Göteborq”un, Macarıstanda “Ferentsvaroş”un, Türkiyədə “Kocaelispor”un uğurları üçün tər tökməklə yanaşı, 6 oyunda Gürcüstan millisinin şərəfini qorumaqla 1 qola imzasını yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti