COP29

“Düzgün seçim eləmişik, hazırkı komandamız ötənilkindən daha güclüdür”

13:00 Sumqayıt 193
“Düzgün seçim eləmişik, hazırkı komandamız ötənilkindən daha güclüdür”

«Mən bu seçimdə düzgün olduğumuza şübhə eləmirəm».

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a açıqlamasında belə deyib.

Məlum olduğu kimi, «kimyaçılar»ın baş məşqçisi dəyişib. Samir Abasov 2 illik aradan sonra «Neftçi»yə qayıdıb.

Onu isə bu postda Vaqif Cavadov əvəzləyib. 35 yaşlı mütəxssis hələlik müvəqqəti olaraq bu vəzifəni yerinə yetirəcək.

Rəfiyev inanır ki, Cavadov ona bəslənilən ümidləri doğruldacaq:

«Vaqif müəllimin özünü göstərməsi üçün hər cür imkanı var. İddialı insandır.

Bilirəm ki, həmişə öz üzərində çalışır və öyrənir. Yaxşı komandamız var.

Yaydan bəri xeyoi transferlər etmişik və heyətimiz yetərincə güclüdür. Bizə bir-iki ardıcıl uğurlu oyun lazımdır ki, turnir cədvəlinin yuxarı yerlərinə qalxaq.

Mən hazırkı komandamızı ötənilkindən daha güclü sayıram.

Vaqif Cavadov neçə vaxtdır «Sumqayıt»dadır, hamını yaxşı tanıyır. İnanıram ki, o, bu şansdan səmərəli istifadə edəcək».

Digər Xəbərlər
Xəbər Lenti