COP29

Onsuz da, Samir Abasovun bir ayağı “Neftçi”də idi…

18 Oktyabr 23:00 Sumqayıt 351
Onsuz da, Samir Abasovun bir ayağı “Neftçi”də idi…

Premyer Liqanın 10-cu turunun maraqlı qarşılaşmalarından biri Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edəcək.

Yenilənmiş ab-hava

Komandaların turnir cədvəlindəki mövqeyi və hədəfləri arasında kəskin fərq görünsə də, “kimyaçılar”ın son iki matçda “Neftçi”ylə “Qarabağ”a qarşı sərgilədiyi oyun tovuzluların işinin çətin olacağından xəbər verir.

Doğma meydan və azarkeş amili hər nə qədər sumqayıtlıların köməyinə çatsa da, baş məşqçi dəyişikliyi də bir o qədər faydalı olmalıdır.

Onsuz da, Samir Abasovun bir ayağı “Neftçi”dəydi və bunu düşərgədə hər kəs yaxşı bilirdi. O cür vəziyyətdə komandanı motivasiya etmək olduqca çətinləşir. Vaqif Cavadovun gəlişi ilə müsbət mənada dəyişikliyin olacağı şübhə doğurmur.

İkincilik motivasiyası

Tovuzluların bu görüş üçün başlıca üstünlüyü ötən tur “Zirə”ni məğlub etmələridir. 18 xalla lider “Qarabağ”dan cəmi 3 xal geridə qalan bölgə təmsilçisi ikinci pillədə qərarlaşıb. Yəni, ab-hava baxımından “Turan Tovuz”da vəziyyət əladır.

Qələbə əsas rəqiblər – “Araz-Naxçıvan”, “Sabah” və “Zirə” ilə xal fərqinin artmasına, məğlubiyyət isə azalmasına səbəb ola bilər. Məhz turnir cədvəlindəki ikincilik qərb təmsilçisi üçün əlavə motivasiya mənbəyi sayıla bilər.

Bu komanda səfərdə uduzmur

İşin maraqlı tərəfi budur ki, “Turan Tovuz” cari mövsümdə səfərdə keçirdiyi matçların heç birində məğlub olmayıb.

“Neftçi”, “Sabah” və “Şamaxı” ilə bərabərə qalan kollektiv, “Qarabağ”ı udub. “Kəpəz”lə qarşılaşma da səfər oyunu statusunu daşıyıb. Sadəcə, matç Tovuzda keçirildiyindən, bu oyuna yad meydanı deyə bilmərik.

Oktyabrın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:10 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?
18 Oktyabr 11:00 Gəl, gəlirin BOL OLSUN!