COP29

Klub prezidenti Samir Abasovun “Neftçi”yə getməsinə nə dedi? - AÇIQLAMA

10:40 Sumqayıt 588
Klub prezidenti Samir Abasovun “Neftçi”yə getməsinə nə dedi? - AÇIQLAMA

«Samir Abasovun «Neftçi»yə gedişinin mənim üçün gözlənilən olduğunu deyə bilmərəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın prezidenti Riad Rəfiyev deyib.

Müsahib bugünlərdə klubunu dəyişən baş məşqçinin qərarına anlayışla yanaşdığını bildirib:

«Hər şey çox qısa bir vaxtda baş verdi. Samir müəllim «Neftçi»yə qayıtmaq istədiyini dedi, danışdıq və getdi.

Onun bizimlə müqaviləsi vardı. Amma biz Abasovu zorla burada saxlaya bilməzdik. Mən ona yeni iş yerində uğurlar arzu edirəm».

Samir Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin iyununa kimi «Neftçi»ni çalışdırıb.

Həmin ilin payızında «Sumqayıt»la müqavilə imzalayıb. O, paytaxt təmsilçisinə budəfəki dönüşündə 2 illik kontrakt bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti